Tokio-2020: İlham Zəkiyev Azərbaycana 12-ci medalı qazandırıb

Tokio-2020: İlham Zəkiyev Azərbaycana 12-ci medalı qazandırıb Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
Fərdi
29 Avqust , 2021 13:54
Tokio-2020: İlham Zəkiyev Azərbaycana 12-ci medalı qazandırıb

Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsindəki 41 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə mübarizə aparmadan qalib elan edilib. Buna özbəkistanlı rəqib Şirin Şaripovun qarşılaşmaya çıxmaması səbəb olub. Şaripov əvvəlki qarşılaşmasında qadağan edilmiş fənddən yararlandığı üçün yarışdan kənarlaşdırılıb.

Beləliklə, Azərbaycan Tokio-2020-də 12-ci medalını əldə edib. Medallardan 9-u qızıl, 3-ü isə bürünc əyarlıdır.

Son xəbərlər

Orphus sistemi