"Tokio-2020": İdmançıların yerli əhali ilə təması qadağan edilir

"Tokio-2020": İdmançıların yerli əhali ilə təması qadağan edilir Baş nazir Yosihide Suqa parlamentdəki çıxışı zamanı məlumat verib
Fərdi
19 May , 2021 10:22
Tokio-2020: İdmançıların yerli əhali ilə təması qadağan edilir

Yaponiya hökuməti Tokio-2020 Yay Olimpiya Oyunları zamanı idmançılar və nümayəndə heyətlərinin yerli əhali ilə təmaslarını qadağan etmək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə baş nazir Yosihide Suqa parlamentdəki çıxışı zamanı bildirib.

O, koronavirusun yayılmasının qarşısını almaqdan ötrü sərt məhdudlaşdırıcı tədbirlər görməyi planlaşdırdıqlarını söyləyib.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi