Tokio-2020: İdmançılar karantindən azad edilərək izləniləcəklər

Tokio-2020: İdmançılar karantindən azad edilərək izləniləcəklər Yaponiya hökuməti Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün ölkəyə gələn idmançıları iki həftəlik karantindən azad etmək niyyətindədir.
Fərdi
4 Sentyabr , 2020 10:43
Tokio-2020: İdmançılar karantindən azad edilərək izləniləcəklər

Yaponiya hökuməti Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün ölkəyə gələn idmançıları iki həftəlik karantindən azad etmək niyyətindədir. 

"Report"un NHK telekanalına istinadən verdiyi məlumata görə, hazırda ölkə rəhbərliyi bu variant üzərində işləyir. 

Yaponiyalı məmurlar hesab edirlər ki, koronavirusun yayılmasına qarşı tətbiq olunan təcridetmə idmançıların emosional və fiziki durumlarına mənfi təsir göstərəcək. 

Hökumət idmançılara, məşqçilərə, hakimlərə və birbaşa oyunlarla əlaqəli olan digər şəxslərə Olimpiya Kəndinin hüdudlarını tərk etməmələri tövsiyəsini nəzərdə tutan qaydaları müəyyənləşdirmək istəyir. 

Koronavirusa qarşı tədbirlər üzrə "Tokio-2020" və hökumət rəsmilərindən ibarət İşçi Qrupun ilk iclası bu gün olacaq. İclas sərhəd nəzarəti antivirus profilaktikası və yoluxma hallarına qarşı tədbirlərə həsr ediləcək. Bundan başqa komissiya idmançılar və rəsmi şəxslərin yarışlar zamanı izlənilməsi üçün yeni mobil tətbiqin mümkünlüyünü nəzərdən keçirəcək.

Oyunlar dövründə gəliş-gediş üçün isə əsas tələb mənfi koronavirus testinin mövcudluğu olacaq. Yaponiya tərəfi məsləhətləşmələrin gedişində idmançılar üçün olimpiada öncəsi bilavasitə təlim-məşq toplanışlarının keçirilmə qaydalarını işləyib-hazırlamalıdır. Gündəlikdəki digər mövzular infeksiya hallarının artacağı təqdirdə, xəstəxanalar üçün lazımı sayda çarpayıların təmin olunması və atletlərin idman obyeklərində sağlamlıq durumlarının yoxlanılması üçün yerlərin təşkilidir. 

Güman edilir ki, komissiya stadionlarda azarkeş sayının azaldılma variantını da müzakirəyə çıxara bilər. Lakin, bu, pandemiyada enişin baş verməyəcəyi təqdirdə olacaq. 

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 - 8 avqust 2021-ci ilə təxirə salınıb. Lakin Oyunlar üçün "Tokio-2020" adı saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi