Tokio-2020: Estafet zamanı məşəl söndü

Tokio-2020: Estafet zamanı məşəl söndü Məşəl yenidən yandırıldıqdan sonra estafet davam edib
Fərdi
25 Mart , 2021 10:00
Tokio-2020: Estafet zamanı məşəl söndü

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının məşəl estafeti başlayıb.

"Report" "Kyodo"ya istinadən xəbər verir ki, Fukusima prefekturasındakı "J-Village" stadionunda start götürən tədbirdə xoşagəlməz hadisə yaşanıb.

Tədbir zamanı olimpiya məşəli sönüb. Məşəl yenidən yandırıldıqdan sonra estafet davam edib.

Qaçışın 121 gün çəkəcəyi, məşəlin isə bütün 47 prefekturanın 859 bələdiyyəsindən keçəcəyi gözlənilir. Estafetdə 10 000 nəfərin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust 2020-ci ildə keçirilməli idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar Oyunlar bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi