Tokio-2020-də sensasiya: Məşhur tennisçi mübarizəni erkən dayandırdı

Tokio-2020-də sensasiya: Məşhur tennisçi mübarizəni erkən dayandırdı Yaponiyalı qadın tennisçi Naomi Osaka Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Fərdi
27 İyul , 2021 11:24
Tokio-2020-də sensasiya: Məşhur tennisçi mübarizəni erkən dayandırdı
Naomi Osaka

Yaponiyalı qadın tennisçi Naomi Osaka Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, dünya sıralamasında ikinci pillədə qərarlaşan idmançı 1/8 finalda çexiyalı Marketa Vondrouşovaya 2:0 (6:1, 6:4) hesabı ilə uduzub.

Qeyd edək ki, Naomi Osaka Tokio-2020-nin açılış mərasimində olimpiya məşəlini yandırıb. Marketa Vondrouşova dünya reytinqində 44-cü sıradadır.

Son xəbərlər

Orphus sistemi