Tokio-2020: Olimpiadaya ilk olaraq onlar getdi

Tokio-2020: Olimpiadaya ilk olaraq onlar getdi Bu, olimpiadadan əvvəl ölkəyə gedən ilk idmançı qrupudur
Fərdi
1 İyun , 2021 10:44
Tokio-2020: Olimpiadaya ilk olaraq onlar getdi

Qadın voleybolçulardan ibarət Avstraliya millisi Tokio-2020 Yay Olimpiya Oyunları öncəsi təlim-məşq toplanışı üçün Yaponiyaya yollanıb.

"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu, olimpiadadan əvvəl ölkəyə gedən ilk idmançı qrupudur.

Voleybolçular və 30 nəfərlik heyət koronavirusa qarşı əvvəlcədən peyvənd olunub. Onlar üç gün hoteldə qalacaqlar. Bundan sonra iyunun 5-də məşqlərə start veriləcək. Komanda Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə ümumilikdə 12 oyun keçirəcək. Hazırlıq prosesi Qunma prefekturasındakı Ota şəhərində gerçəkləşəcək.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi