Tokio-2020: Daha 27 nəfərdə koronavirus aşkarlanıb

Tokio-2020: Daha 27 nəfərdə koronavirus aşkarlanıb Tokio Yay Olimpiya Oyunlarında son sutkada azı 27 nəfərdə koronavirus aşkarlanıb.
Fərdi
30 İyul , 2021 06:21
Tokio-2020: Daha 27 nəfərdə koronavirus aşkarlanıb

Tokio Yay Olimpiya Oyunlarında son sutkada azı 27 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə "Report" Tokio-2020-nin Təşkilat Komitəsinin saytına istinadən xəbər verir.

Məlumata görə, virusa yoluxanlardan 3-ü idmançılardır. Beləliklə, olimpiada iştirakçılarından testi müsbət çıxanların ümumi sayı 225 nəfərə çatıb.

Artıq ikinci gündür, oyunlarla əlaqəli insanlar arasında gündəlik yeni yoluxma rekordu yenilənir. Cümə axşamı təşkilatçılar 24 yeni yoluxmanı elan ediblər.

Son xəbərlər

Orphus sistemi