Tokio-2020: İki cüdoçumuz mübarizəni dayandırdı - YENİLƏNİB

Tokio-2020: İki cüdoçumuz mübarizəni dayandırdı - YENİLƏNİB Azərbaycan cüdoçusu Kəramət Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
Fərdi
547
24 İyul , 2021 07:50
Tokio-2020: İki cüdoçumuz mübarizəni dayandırdı - YENİLƏNİB

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində gürcüstanlı Lukum Tsxvimiani ilə üz-üzə gəlib.

Rəqibinə ipponla məğlub olan Hüseynov mübarizəni dayandırmalı olub. O, daha əvvəl Eşli Makkenziyə (Böyük Britaniya) qalib gəlmişdi.

Bu gün yarışa qoşulan qadın cüdoçu Aişə Qurbanlı isə 1/16 final mərhələsində Katarina Koştaya (Portuqaliya) uduzaraq yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur.

06:50

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində Eşli Makkenzi (Böyük Britaniya) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Hüseynov 1/8 finalda gürcüstanlı Lukum Tsxvimianiyə rəqib olub.

Qadınlarında yarışında isə Aişə Qurbanlı 1/16 finalda Katarina Koştaya (Portuqaliya) uduzaraq mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi