Azərbaycanın daha bir cüdoçusu Tokio-2020-də medalsız qalıb - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Tokio-2020-də medalsız qalıb - YENİLƏNİB Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi
28 İyul , 2021 08:22
Azərbaycanın daha bir cüdoçusu Tokio-2020-də medalsız qalıb - YENİLƏNİB
Məmmədəli Mehdiyev

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində rusiyalı Mixail İqolnikovla üz-üzə gəlib.

Rəqibinə vazari xalı ilə məğlub olan Mehdiyev olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil edilir. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (83 kq) yarışı medalsız başa vurub. Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.

06:32

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində İslam Bozbayevlə (Qazaxıstan) üz-üzə gəlib.

Əsas vaxtda qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə qalib gələn Mehdiyev 1/8 finala yüksəlib. O, bu raundda rusiyalı Mixail İqolnikovla qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi