Tokio-2020: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

Tokio-2020: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarının püşkü atılıb.
Fərdi
22 İyul , 2021 10:00
Tokio-2020: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarının püşkü atılıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərinin də ilk rəqibləri bəlli olub.

Titullu idmançılardan Rüstəm Orucov rusiyalı Musa Moquşkovla, Orxan Səfərov isə qazaxıstanlı Yerlan Serikjanovla üz-üzə gələcək.

Kişilər

60 kq.

Kəramət Hüseynov - Eşli Makkenzi (Böyük Britaniya)

66 kq

Orxan Səfərov -Yerlan Serikjanov (Qazaxıstan)

73 kq

Rüstəm Orucov - Musa Moquşkov (İOC, Rusiya)

81 kq

Murad Fətiyev - Frederik Harris (Sierra Leone)

90 kq

Məmmədli Mehdiyev - Rafael Makedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi

100 kq

Zelim Kotsoyev - Aleksandr İddir (Fransa)

+100 kq

Uşangi Kokauri - Matsey Sarnaçki (Polşa)

Qadınlar

48 kq

Aişə Qurbanlı - Katarina Koşta (Portuqaliya)

+78 kq

İrina Kindzerska - İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi

Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarına iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunur. Tatamiyə ilk olaraq Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 31-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi