Tokio-2020: Boksçumuz qələbə qazanaraq Ermənistan təmsilçisinə rəqib oldu

Tokio-2020: Boksçumuz qələbə qazanaraq Ermənistan təmsilçisinə rəqib oldu Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi
25 İyul , 2021 08:43
Tokio-2020: Boksçumuz qələbə qazanaraq Ermənistan təmsilçisinə rəqib oldu

Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 63 kq-da çıxış edən Cavid Çələbiyev 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Hartsizlə üz-üzə gəlib.

Rəqibinə 5:0 hasabı ilə qalib gələn Çələbiyev 1/8 finala yüksəlib. İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci raundda referilərin hamısı, üçüncüdə isə 4-ü Çələbiyevin xeyrinə qərar verib.

Dünya çempionu 1/8 finalda Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də olacaq.

Son xəbərlər

Orphus sistemi