Tokio-2020: Koronavirusa yoluxan Azərbaycan idmançısı yarışdan kənarlaşdırılıb

Tokio-2020: Koronavirusa yoluxan Azərbaycan idmançısı yarışdan kənarlaşdırılıb Paralimpiya çempionu, paracüdoçumuz Ramil Qasımovdan Tokio atletlər kəndində Covid-19 PCR test nümunəsi götürülmüş və test nəticəsi pozitiv çıxmışdır.
Fərdi
21 Avqust , 2021 15:36
Tokio-2020: Koronavirusa yoluxan Azərbaycan idmançısı yarışdan kənarlaşdırılıb

Azərbaycanın paracüdoçusu Ramil Qasımov Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak etməyəcək.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, 40 yaşlı idmançıdan götürülmüş koronavirus testi müsbət nəticələnib.

Paralimpiya çempionunun təkrar test nümunəsi də pozitiv çıxıb. O, Tokioda karantinə alınıb və yarışdan kənarlaşdırılıb. Qasımov karantin rejimi bitdikdən sonra Bakıya qayıdacaq.

Ramil Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə infeksiya aşkarlanmasa da, onlar yüngül karantin rejiminə yerləşdirilib. Cüdoçulardan gündəlik test nümunələri götürüləcək.

Qeyd edək ki, Ramil Qasımov 2016-cı ildə Rio paralimpiadasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi