Tokio-2020: Azərbaycanın daha 2 idmançısı mübarizəyə başlayır

Tokio-2020: Azərbaycanın daha 2 idmançısı mübarizəyə başlayır Bu gün Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Fərdi
612
27 İyul , 2021 00:35
Tokio-2020: Azərbaycanın daha 2 idmançısı mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 2 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, yarışın 4-cü günündə cüdoçu Murad Fətiyev və badmintonçu Edi Reski Dviçayo qüvvəsini sınayacaq.

81 kq çəki dərəcəsində yer alan Fətiyev mübarizəyə 1/16 finaldan start verəcək. Onun rəqibi Frederik Harris (Sierra Leone) olacaq.

L qrupunda qərarlaşan Dviçayo isə vyetnamlı Tyen Min Nquenlə qarşılaşacaq.

Tokio-2020

27 iyul

Cüdo

81 kq

06:00 - 09:30. 1/16 final. Murad Fətiyev - Frederik Harris (Sierra Leone)

Badminton

L qrupu

15:00. Edi Reski Dviçayo - Tyen Min Nquen (Vyetnam)

Qeyd edək ki, yarışın ilk 3 günündən sonra Azərbaycanın 16 idmançısı olimpiada ilə vidalaşıb.

Son xəbərlər

Orphus sistemi