Tokio-2020: Azərbaycanın 27 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb - SİYAHI

Tokio-2020: Azərbaycanın 27 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb - SİYAHI Azərbaycanın daha üç təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
Fərdi
2 Avqust , 2021 14:35
Tokio-2020: Azərbaycanın 27 idmançısı çıxışını bitirib, 2-si medal qazanıb - SİYAHI

Azərbaycanın daha üç təmsilçisi Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

"Report"un məlumatına görə, kişilərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışına qatılan Ruslan Lunyov ikinci təsnifat mərhələsində 286 xal toplayıb. Ötən gün hakimlərdən 281 xal alan idmançı yekunda 567 xal toplayıb və finala yüksəlmək şansını itirib.

Güləşçilər isə Tokio-2020-də ilk dəfə çıxış edib. 77 kq-da yarışan yunan-Roma güləşçisi Rafiq Hüseynov 1/8 finalda isveçli Aleks Kessidisə qalib gəlsə də, növbəti raundda qırğızıstanlı Akjol Mahmudova uduzub. Lakin rəqibi finala çıxdığından, Hüseynov təsəlliverici görüşdə tunisli Lamjed Maafi ilə qarşılaşacaq. Avropa çempionu qələbə qazanacağı təqdirdə, bürünc medal qarşılaşmasında ermənistanlı Karapet Çalyana rəqib olacaq.

Qadınların mübarizəsində isə Elis Manolova 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə bacarmayıb. Lakin rəqib finala yüksəldiyindən Manolova təsəlliverici qarşılaşmada iştirak hüququ qazanıb. O, bürünc medal qazanmaq üçün əvvəlcə qırğızıstanlı Meerim Jumanazarovanı, daha sonra monqolustanlı Battsetseq Soronzonboldu yenməlidir.

Beləliklə, Azərbaycanın 27 təmsilçisi Tokio-2020-də çıxışını başa vurub. Onlardan yalnız 2-si medal qazana bilib.

Medal qazananlar

Cüdo: İrina Kindzerska (+78 kq) (bürünc)

Boks: Alfonso Dominges (81 kq) (bürünc)

Medal qazana bilməyənlər

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Çəkicatma: Anna Skidan

Atıcılıq: Ruslan Lunyov

Çıxışını davam etdirənlər

Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq)

Qadın güləşi: Elis Manolova (68 kq)

Gözləyənlər

Sərbəst güləş: Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Şərif Şərifov (97 kq)

Yunan-Roma güləşi: İslam Abbasov (87 kq)

Qadın güləşi: Mariya Stadnik (50 kq)

Bədii gimnastika (fərdi çoxnövçülük): Zöhrə Ağamirova

Bədii gimnastika (qrup hərəkətləri): Yelizaveta Luzan, Darya Sorokina, Məryam Səfərova, Ləman Əlimuradova, Zeynəb Hummatova, Marina Nekrasova

Atletika: Nazim Babayev (üç təkanla tullanma)

Karate: Firdovsi Fərzəliyev (67 kq), Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq).

Son xəbərlər

Orphus sistemi