Tokio-2020: Azərbaycan triatlonçusu lisenziya qazandı

Tokio-2020: Azərbaycan triatlonçusu lisenziya qazandı Azərbaycan tarixdə ikinci dəfə Yay Olimpiya Oyunlarında triatlonda təmsil olunacaq. Milli komandamızın lideri Rostislav Pevtsov lisenziya uğrunda gərgin mübarizədə Tokioda keçiriləcək 4 illiyin zirvə yarışında ölkəmizi təmsil etmək şərəfinə layiq görülüb!
Fərdi
147
16 İyun , 2021 13:26
Tokio-2020: Azərbaycan triatlonçusu lisenziya qazandı
Rostislav Pevtsov

Azərbaycan tarixində ikinci dəfə Yay Olimpiya Oyunlarında triatlonda təmsil olunacaq.

"Report"un məlumatına görə, milli komandanın üzvü Rostislav Pevtsov Tokio-2020-də iştirak hüququna yiyələnib.

Olimpiya reytinqində 46-ci olan idmançı lisenziyanı təmin edib.

Yekun olimpiya təsnifat reytinqində xalların hesablanması triatlonçuların olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı beynəlxalq turnirin nəticələrinə görə toplanıb və buna əsasən müəyyənləşdirilib.

Pevtsov 12 may 2018 - 14 iyun 2021 və 4 yanvar 2021 - 15 iyun 2021 tarixlərini əhatə edən olimpiya təsnifat dövründə ümumilikdə 28 beynəlxalq turnirdə iştirak edib.

Son xəbərlər

Orphus sistemi