Tokio-2020: Azərbaycan paralimpiyaçılarından 36-cı lisenziya

Tokio-2020: Azərbaycan paralimpiyaçılarından 36-cı lisenziya Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Fərdi
676
26 İyul , 2021 14:26
Tokio-2020: Azərbaycan paralimpiyaçılarından 36-cı lisenziya

Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Milli Paralimpiya Komitəsidən "Report"a verilən məlumata görə, atletika idman növü üzrə milli komandanın üzvü Orxan Qasımov reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr göstərərək, paralimpiadada iştirak hüququ əldə edib.

Bununla da Azərbaycan paralimpiyaçılarının qazandığı lisenziya sayı 36-ya çatıb və bu, rekord göstəricidir. Onlardan 12-si atletika, 11-i cüdo, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündəndir.

Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi