Tokio-2020: Azərbaycan nümayəndə heyətinin açılışdakı sayı və sırası açıqlandı

Tokio-2020: Azərbaycan nümayəndə heyətinin açılışdakı sayı və sırası açıqlandı Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda 5-ci olacaq.
Fərdi
880
23 İyul , 2021 12:52
Tokio-2020: Azərbaycan nümayəndə heyətinin açılışdakı sayı və sırası açıqlandı

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paradda 5-ci keçəcək.

"Report"un məlumatına görə, tədbirdə 27 nəfərlik heyət iştirak edəcək. Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alacaq.

Azərbaycan bayrağını isə cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.

Qeyd edək ki, bu gün keçiriləcək açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Tədbir azarkeşsiz keçiriləcək. Mərasimi yalnız Beynəlxalq Olimpiya Komitəsinin və Milli Olimpiya Komitələrinin 1 000-dək rəsmi şəxsi izləyəcək.

Son xəbərlər

Orphus sistemi