Tokio-2020: Azərbaycan para-üzgüçüləri Yaponiyaya yollanıb

Tokio-2020: Azərbaycan para-üzgüçüləri Yaponiyaya yollanıb Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək üzgüçülük idman növü üzrə Azərbaycan millisi və nümayəndə heyətinin bir neçə üzvü Yaponinayın Şika şəhərinə yola düşüblər.
Fərdi
10 Avqust , 2021 22:03
Tokio-2020: Azərbaycan para-üzgüçüləri Yaponiyaya yollanıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək üzgüçülük idman növü üzrə Azərbaycan millisi və nümayəndə heyətinin bir neçə üzvü Yaponinayın Şika şəhərinə yola düşüblər.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək yığma daha sonra paytaxt Tokioda yerləşən Paralimpiya kəndinə yola düşəcək.

Tokio 2020-də üzgüçülük idman növündə Azərbaycanı Raman Saleh, Vəli İsrafilov və Dana Şandıbına təmsil edəcək. Onlardan ilk olaraq, Saleh yarışlara qatılacaq. O, avqustun 27-də mübarizəyə start verəcək.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazanıb. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi