Tokio-2020: Daha bir gimnastımız çıxışını başa vurdu - YENİLƏNİB

Tokio-2020: Daha bir gimnastımız çıxışını başa vurdu - YENİLƏNİB Azərbaycanın qadın idman gimnastı Marina Nekrasova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi
25 İyul , 2021 13:45
Tokio-2020: Daha bir gimnastımız çıxışını başa vurdu - YENİLƏNİB
Marina Nekrasova

Azərbaycanın qadın idman gimnastı Marina Nekrasova Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

"Report"un məlumatına görə, 26 yaşlı idmançı fərdi çoxnövçülükdə 4 hərəkətin cəmində 48.232 bal toplayaraq, 68 iştirakçı arasında 55-ci yeri tutub. Halbuki finala yüksəlmək üçün ilk "24-lüy"ə düşmək lazım idi.

O, müxtəlif hündürlüklü qollarda 10,833 bal, dayaqla tullanmada 13,133 bal, gimnastika tirində 12,666 bal, xalça üzərində sərbəst hərəkətlərdə 12.000 bal yığıb.

Nekrasova ayrı-ayrı hərəkətlərdə də ilk "8-liy"ə düşmədiyi üçün finala çıxmağı bacarmayıb.

Qeyd edək ki, daha əvvəl kişi idman gimnastı İvan Tixonov 80.298 xalla 45-ci yeri tutub. Beləliklə, Tokio-2020-yə yollanan Azərbaycanın hər iki idman gimnastı mübarizəni dayandırıb.

09:37

Azərbaycanın idman gimnastı Marina Nekrasova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, fərdi çoxnövçülükdə mübarizə aparan atlet müxtəlif hündürlüklü qollarda 10,833 xal toplayıb.

Nekrasova dayaqla tullanmada 13,133 bal, gimnastika tirində 12,666 xala layiq görülüb. O, xalça üzərində sərbəst hərəkətlərdə 12.000 xal yığıb.

Gimnast hazırda 48,232 xalla çoxnövçülükdə 24-cü sıradadır.

Qeyd edək ki, final mərhələsinə 24 idmançı qatılacaq. Həlledici raundda bir ölkədən yalnız iki gimnast iştirak edə bilər.

Çoxnövçülükdən əlavə növlərə görə də finalçılar bəlli olacaq. Azərbaycan təmsilçisi müxtəlif növlərdə final şansını itirib.

Daha əvvəl idman gimnastı İvan Tixonov təsnifat mərhələsində ayrı-ayrı hərəkətlərin yekununda 80.298 xalla 45-ci yeri tutub. Tixonov fərdi çoxnövçülükdə "24-lüy"ə, fərdi hərəkətlərdə isə "8-liy"ə düşə bilmədiyi üçün final mərhələsindən kənarda qalıb.

Son xəbərlər

Orphus sistemi