Tokio-2020: Azərbaycan boksçusu yarımfinalda uduzaraq bürünc medal qazanıb

Tokio-2020: Azərbaycan boksçusu yarımfinalda uduzaraq bürünc medal qazanıb Azərbaycan boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Fərdi
803
1 Avqust , 2021 14:12
Tokio-2020: Azərbaycan boksçusu yarımfinalda uduzaraq bürünc medal qazanıb
Alfonso Dominges

Azərbaycan boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopeslə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Dominges olimpiadanın bürünc medalı ilə kifayətlənib.

İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci hissədə isə 4 referi Lopesin leyhinə qərar çıxarıb.

Dominges üçüncü raundda noqdauna düşüb və hakimlərin hamısı Lopesin üstün olduğu qənaətinə gəlib.

Qeyd edək ki, Alfonso Dominges 1/8 final mərhələsində özbəkistanlı Dilşodbek Ruzmetovu, 1/4 finalda isə türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi