Tokio-2020: Azarkeşləri interşum əvəzləyəcək

Tokio-2020: Azarkeşləri interşum əvəzləyəcək Tokio-2020 Yay Olimpiya Oyunlarında hər bir idman növü üzrə yarışlar zamanı əvvəlki olimpiadaların səsli müşayiətindən istifadə olunacaq.
Fərdi
17 İyul , 2021 15:56
Tokio-2020: Azarkeşləri interşum əvəzləyəcək

Tokio-2020 Yay Olimpiya Oyunlarında hər bir idman növü üzrə yarışlar zamanı əvvəlki olimpiadaların səsli müşayiətindən istifadə olunacaq.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax açıqlama verib.

O bildirib ki, idmançılar üçün müasir texnologiya - immersiv səs sistemindən istifadə olunacaq. Bu sistem idmançıların əvvəlki Oyunlardan qalan səsli dəstəyinə əsaslanacaq: "Hər bir idman növü üçün xarakterik səsli müşayiətdən istifadə olunacaq. İdmançılar özlərini Olimpiya Stadionundakı kimi - tamaşaçılar və azarkeşlərin əhatəsində hiss edəcəklər".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 23 iyul 8 avqustda keçiriləcək. Təşkilatçılar Oyunları əcnəbi azarkeşlər olmadan keçirməyə qərar veriblər. Yerli tamaşaçıları da Yaponiyanın 6 prefekturasında, o cümlədən Tokiodakı yarışlara buraxmayacaqlar.

Son xəbərlər

Orphus sistemi