Tokio-2020: Avstronavt cüdoçulara kosmosdan səsləndi

Tokio-2020: Avstronavt cüdoçulara kosmosdan səsləndi Avropa Kosmik Agentliyinin fransalı astronavtı Toma Peske bütün cüdoçulara Tokio Yay Olimpiya Oyunlarında uğurlar arzulayıb.
Fərdi
23 İyul , 2021 15:23
Tokio-2020: Avstronavt cüdoçulara kosmosdan səsləndi
Toma Peske

Avropa Kosmik Agentliyinin fransalı astronavtı Toma Peske bütün cüdoçulara Tokio Yay Olimpiya Oyunlarında uğurlar arzulayıb.

"Report"un məlumatına görə, hazırda Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olan cüdo üzrə qara kəmər sahibi olimpiadada qələbəni kosmosa uçuşla müqayisə edib.

"Həyatım boyunca cüdonun dəyəri mənim üçün həmişə faydalı olub. Kosmonavt olmaq cüdo üzrə olimpiya çempionluğu kimidir. Çünki bu, ehtiras və çoxillik məşq tələb edir. Olimpiadada hamıya uğurlar arzulayıram", - deyə o vurğulayıb.

Qeyd edək ki, Toma Peske 2016-cı ildə "Soyuz MS-03" kosmik gəmisi heyətinin göyərtə mühəndisi kimi ilk uçuşunu həyata keçirib. Bu ilin aprelində o, "Crew Dragon" ekipajının tərkibinə daxil edilib. Pekeni orbitdə 6 ay gözləyir.

Son xəbərlər

Orphus sistemi