Yuxarı
    Bağlamaq

    Olimpiya çempionu Toğrul Əsgərov Almaniyada əməliyyat olunacaq

    Bu zədə ilə futbol oynamaq olar, amma güləşmək mümkün deyil

    Bakı. 3 mart. REPORT.AZ/ 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərov Almaniyada əməliyyat olunacaq. 

    Bu barədə "Report"a 25 yaşlı idmançının özü məlumat verib.

    T.Əsgərov bildirib ki, əməliyyat bir həftə sonraya planlaşdırılıb: "Boynumda yırtıq var. Bir neçə gündən sonra əməliyyat olunmaq üçün Almaniyaya getməliyəm. Bu zədə ilə futbol oynamaq olar, amma güləşmək mümkün deyil. Çünki əzilir, dartılır".

    Qeyd edək ki, Toğrul Əsgərov zədə üzündən mayın 12 - 22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılmayacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi