Teymur Rəcəbovun üçüncü olduğu turnir ən çox izlənilən yarış oldu

Teymur Rəcəbovun üçüncü olduğu turnir ən çox izlənilən yarış oldu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsi ən çox izlənən şahmat yarışı kimi tarixə düşüb
Fərdi
16 Fevral , 2021 10:55
Teymur Rəcəbovun üçüncü olduğu turnir ən çox izlənilən yarış oldu
Teymur Rəcəbov

Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsi ən çox izlənilən şahmat yarışı kimi tarixə düşüb.

"Report" xəbər verir ki, bu barədə yarışın rəsmi "Twitter" hesabı məlumat yayıb.

Final görüşündən əvvəl yarışa 282 min 909 izləyici canlı baxıb.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Opera Euro Rapid"də üçüncü olub. 34 yaşlı qrossmeysterin bütün görüşləri ölkəmizdə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanıb.

Son xəbərlər

Orphus sistemi