​Teymur Rəcəbov Veyk-an-Zeedə növbəti qələbəsini qazanıb

​Teymur Rəcəbov Veyk-an-Zeedə növbəti qələbəsini qazanıb Şahmatçımız polşalı Radoslav Voytaşekdən üstün olub
Fərdi
18 Yanvar , 2015 23:52
​Teymur Rəcəbov Veyk-an-Zeedə növbəti qələbəsini qazanıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə “Tata Steel Chess” superturnirində 8-ci turun oyunları oynanılıb.

“Report” xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Teymur Rəcəbov bu turda növbəti qələbəsini qazanıb.

O, polşalı rəqibi Radoslav Voytaşekdən üstün olub - 1:0.

Hazırda şahmatçımız 4,5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Turnirə norveçli qrossmeyster Maqnus Karlsen liderlik edir.

Turnir cədvəlində vəziyyət: Karlsen – 6 xal, Vaşye-Laqrav, So, Din Lijen – 5,5, İvançuk – 5, Rəcəbov, Karuana – 4,5, Voytaşek, Qiri – 4, Aronyan – 3, Xou İfan, Şariç – 2,5, van Veli – 2, Cobava – 1,5.

Son xəbərlər

Orphus sistemi