​Teymur Rəcəbov “Tata Steel Masters” turnirində qələbə qazanıb

​Teymur Rəcəbov “Tata Steel Masters” turnirində qələbə qazanıb Şahmatçımız xorvatiyalı İvan Şariçi məğlub edib
Fərdi
16 Yanvar , 2015 03:40
​Teymur Rəcəbov “Tata Steel Masters” turnirində qələbə qazanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Masters” ənənəvi şahmat turnirində 5-ci turun görüşləri keçirilib.

"Report" xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən qrossmeyster Teymur Rəcəbov ilk qələbəsini qazanıb.

Şahmatçımız xorvatiyalı İvan Şariçi məğlub edib.

Hazırda turnirə 4 xal ilə ukraynalı Vasili İvançuk başçılıq edir. T.Rəcəbov hesabında 2,5 xal ilə 9-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, yarış dairəvi sistem üzrə 13 turda keçirilir.

Son xəbərlər

Orphus sistemi