Millətlər Kuboku: Teymur Rəcəbov oynamadı, komandası ABŞ-a uduzdu - YENİLƏNİB

Millətlər Kuboku: Teymur Rəcəbov oynamadı, komandası ABŞ-a uduzdu - YENİLƏNİB Şahmat üzrə onlayn Millətlər Kubokunda VIII turun oyunları keçirilib.
Fərdi
8 May , 2020 20:34
Millətlər Kuboku: Teymur Rəcəbov oynamadı, komandası ABŞ-a uduzdu - YENİLƏNİB
Teymur Rəcəbov

Şahmat üzrə onlayn Millətlər Kubokunda VIII turun oyunları keçirilib. 

"Report"un məlumatına görə, Teymur Rəcəbovun yer aldığı dünya yığması günün ikinci qarşılaşmasında ABŞ kollektivi ilə üz-üzə gəlib. 

Rəcəbov bu tur istirahət edib və dünya yığması ABŞ-a uduzub - 1:3. 

VIII turda Avropa komandası Hindistanla heç-heçə edib - 2:2. Çin isə Rusiya kollektivini məğlubiyyətə uğradıb - 2.5:1.5

Qeyd edək ki, hazırda Çin 15 xalla liderdir. İkinci sıradakı ABŞ-ın 11, üçüncü yerdəki Avropa yığmasının isə 10 xalı var. Hindistan və Rusiya 5 xalla növbəti pillələri bölüşdürürlər. Dünya yığması isə 2 xalla sonuncu - 6-cı yerdədir. 


***18:00

Bu gün şahmat üzrə onlayn Millətlər Kubokunda VII tura start verilib.

"Report"un məlumatına görə, Teymur Rəcəbovun yer aldığı dünya yığması günün ilk qarşılaşmasında Hindistan komandası ilə qüvvəsini sınayıb. Qarşılaşma dünya yığmasının məğlubiyyəti ilə yekunlaşıb. 

Azərbaycanlı qrossmeyster də artıq öz görüşünü başa vurub. O, Hindistan komandasının lideri Vişvanatan Anandla üz-üzə gəlib. Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı rəqibinə uduzub - 0:1. 

Rəcəbov turnirdə daha əvvəl keçirdiyi 6 görüşdə 4 heç-heçə edib, 2 dəfə isə məğlub olub.

Hindistan -  Dünya yığması - 2.5:1.5 

Vişvanatan Anand - Teymur Rəcəbov - 1:0 

Santoş Vidit - Alireza Firuzca - 0:1 

Pentala Harikrişna - Xorxe Kori - 1:0 

Harika Dronavali - Mariya Muzıçuk - 0,5:0,5

Günün digər qarşılaşmasında Çin Avropa komandasını, ABŞ isə Çini eyni hesablarla üstələyib. Dünya yığması günün ikinci qarşılaşmasında ABŞ kollektivi ilə üz-üzə gələcək. 

Hazırda Çin 13 xalla liderdir, 9 xalı olan ABŞ və Avropa komandaları 2-3-cü yerləri bölüşdürürlər. 5 xala malik Rusiya 4-cü, 4 xalı olan Hindistan isə 5-cidir. Dünya yığması 2 xalla sonuncu - 6-cı yerdə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi