Teymur Rəcəbovdan 2 heç-heçə, komandasından ilk qələbə - YENİLƏNİB-2

Teymur Rəcəbovdan 2 heç-heçə, komandasından ilk qələbə - YENİLƏNİB-2 Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun yer aldığı dünya yığması Onlayn Millətlər Kubokunda ilk qələbəsini qazanıb.
Fərdi
5 May , 2020 20:21
Teymur Rəcəbovdan 2 heç-heçə, komandasından ilk qələbə - YENİLƏNİB-2

Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun yer aldığı dünya yığması Onlayn Millətlər Kubokunda ilk qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Hindistanla qarşılaşan komanda rəqibini məğlub edib.

T.Rəcəbov keçirdiyi hər iki görüşü heç-heçə başa vurub.

Dünya yığması sabah ABŞ və Rusiya komandaları ilə üz-üzə gələcək.

Onlayn Millətlər Kuboku

I tur

Çin - Dünya yığması 3:1

Van Hao - Teymur Rəcəbov 0,5:0,5

Yi Vey - Alireza Firuzca 0,5:0,5

Yu Yanyi - Bassem Amin 1:0

Hou İfan - Mariya Muzıçuk 1:0

II tur

Dünya yığması - Hindistan 2,5:1,5

Teymur Rəcəbov - Vişvanatan Anand 0,5:0,5

Alireza Firuzca - Pentala Harikrişna 0,5:0,5

Xorxe Kori - Başkaran Adhiban 1:0

Mariya Muzıçuk - Hampi Koneru 0,5:0,5


***19:48

Teymur Rəcəbov Onlayn Millətlər Kubokunda ikinci görüşünü keçirib.

"Report"un məlumatına görə, azərbaycanlı qrossmeyster bu dəfə hindistanlı Vişvanatan Anandla qüvvəsini sınayıb.

Bu dəfə ağ fiqurlarla oynayan 33 yaşlı şahmatçı çinli Van Hao ilə görüşdə olduğu kimi heç-heçəyə razılaşıb.

Qeyd edək ki, T.Rəcəbovun yer aldığı dünya yığması hazırda Hindistan komandası ilə qarşılaşır.


***19:07

Bu gün şahmat üzrə Onlayn Millətlər Kubokuna start verilib.

"Report"un məlumatına görə, Teymur Rəcəbovun çıxış etdiyi dünya yığması ilk turda Çin komandası ilə qarşılaşıb. Görüş asiyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycanlı qrossmeyster ilk görüşünü Van Haoya qarşı keçirib. Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı rəqibi ilə sülh bağlayıb.

Günün digər qarşılaşmalarında Avropa Rusiya ilə, Hindistan isə ABŞ-la heç-heçəyə razılaşıb.

T.Rəcəbovun komandası bu gün növbəti görüşünü Hindistan seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, 180 000 ABŞ dolları mükafat fonduna malik yarış iki dövrəlik olacaq. İlk mərhələ 5 - 9 mayda gerçəkləşəcək. Daha sonra iki ən güclü komanda mayın 10-da Superfinalda üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi