Yuxarı

​Teymur Rəcəbov: "Əsas məqsəd İddiaçılar Turnirinə vəsiqə qazanmaqdır"

Çox istərdim ki, şahmatçılarımızdan biri final mərhələsinə vəsiqə qazansın

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Smirinə qarşı keçirdiyim hər iki oyun çətin oldu. Məhz bu səbəbdən hər şey "tay-brek"də həll olundu". "Report"un məlumatına görə, bunu Azərbaycanı şahmat üzrə Dünya Kubokunda təmsil edən Teymur Rəcəbov deyib.

T.Rəcəbov Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında həmyerliləri Şəhriyar Məmmədyarov və Qədir Hüseynovla birgə 1/16 finala yüksəlməsinə sevindiyini bildirib. O, qarşıdakı mərhələlərdə də uğur qazanmaq istədiyini və bununla kifayətlənmək fikrində olmadığını söyləyib: "Əsas məqsəd İddiaçılar Turnirinə vəsiqə qazanmaqdır. Çox istərdim ki, şahmatçılarımızdan biri final mərhələsinə vəsiqə qazansın".

Qeyd edək ki, 1/16 finalda Teymur Rəcəbov rusiyalı Peter Svidlerlə, Qədir Hüseynov çinli Dinq Lirenlə, Şəhriyar Məmmədyarov isə hindistanlı Seturaman P. Seturamanla münasibətlərinə aydınlıq gətirəcək. Azərbaycanın hər üç şahmatçısı ilk oyunda ağ fiqurlarla çıxış edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi