Bakı. 21 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” ənənəvi şahmat turnirində 10-cu turun oyunları keçirilib.
"Report" xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Teymur Rəcəbov erməni şahmatçı Levon Aronyanla xalları yarı bölüb.
Turun digər oyunları və turnir cədvəli:
Vasili İvançuk (Ukrayna) – Maqnus Karlsen (Norveç) – 0,5:0,5
Din Lijen (Çin) – Uesli So (ABŞ) – 0,5:0,5
Maksim Vaşe-Laqrav (Fransa) – Radoslav Voytaşek (Polşa) – 0,5:0,5
İvan Şariç (Xorvatiya) – Aniş Qiri (Hollandiya) – 0:1
Baadur Cobava (Gürcüstan) – Fabiano Karuana (İtaliya) – 0:1
Teymur Rəcəbov (Azərbaycan) – Levon Aronyan (Ermənistan) – 0,5:0,5
Lyuk van Veli (Hollandiya) – Hou İfan (Çin) – 1:0
Karlsen – 7,5 xal, So, Vaşe-Laqrav – 6,5, Qiri, Karuana, İvançuk, Din Lijen – 6, Rəcəbov, Voytaşek – 5, Aronyan – 4,5, van Veli – 3,5, Hou İfan, Şariç – 3, Cobava – 1,5.