Teymur Rəcəbov Dünya Kubokunun finalında ilk görüşünü keçirib

Teymur Rəcəbov Dünya Kubokunun finalında ilk görüşünü keçirib Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda ilk final görüşünü keçirib.
Fərdi
269
30 Sentyabr , 2019 15:08
Teymur Rəcəbov Dünya Kubokunun finalında ilk görüşünü keçirib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda ilk final görüşünü keçirib.

“Report” xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə qarşılaşıb. Rəcəbovun ağ fiqurlarla oynadığı görüşün 33-cü gedişində tərəflər heç-heçəyə razılaşıblar. 

Reqlamentə əsasən, finalçılar hər gündə bir dəfə olmaqla, daha 3 partiya oynayacaqlar. Burada da qalib müəyyənləşməsə, oktyabrın 4-də tay-breyk keçiriləcək.

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Rəcəbovla Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

Son xəbərlər

Orphus sistemi