Yuxarı

​Teymur Rəcəbov beynəlxalq "Qran-pri"də üçüncü yeri tutub

Şahmatçımız ümumilikdə 6 xal toplaya bilib

Bakı. 28 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən şahmat üzrə “Qran-pri” seriyasının 3-cü mərhələsinə yekun vurulub.

"Report" xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən qrossmeysterlərdən biri - Teymur Rəcəbov üçüncü yeri tutub.

Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə 7-ci yerlə kifayətlənib. Yarışda 1-ci və 2-ci yerləri rusiyalı qrossmeysterlər - Yevgeni Tomaşevski və Dmitri Yakovenko tutublar.

Yekun turnir cədvəli belə görünür:

Tomaşevski (8 xal), 2. Yakovenko (6,5), 3. Rəcəbov (6), 4-7. Dominqes, Qiri, Qasımcanov, Məmmədyarov (hamısı 5,5 xal), 8-10. Vaşye-Laqrav, Qrişuk, Cobava (hərəyə 5 xal), 11. Svidler (4,5), 12. Andreykin (4).

"Qran-pri"nin növbəti mərhələsi 13-27 may tarixlərində Xantı-Mansiyskdə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi