"ShamkirChess 2019": Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə edib - YENİLƏNİB

"ShamkirChess 2019": Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə edib - YENİLƏNİB Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ShamkirChess 2019 superturnirində növbəti görüşünü başa vurub.
Fərdi
4 Aprel , 2019 18:38
ShamkirChess 2019: Şəhriyar Məmmədyarov dünya çempionu ilə heç-heçə edib - YENİLƏNİB

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "ShamkirChess 2019" superturnirində növbəti görüşünü başa vurub.

"Report" xəbər verir ki, 34 yaşlı qrossmeyster V turda hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. Dueldə qalib müəyyənləşməyib - 0,5:0,5.

Hazırda David Navara (Çexiya) - Dinq Liren (Çin), Vişvanatan Anand (Hindistan) - Aniş Giri (Hollandiya) və Alekandr Qrişuk (Rusiya) - Veselin Topalov (Bolqarıstan) qarşılaşmaları davam edir. Teymur Rəcəbov isə Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə edib.

Qeyd edək ki, 5 turdan sonra Şəhriyar Məmmədyarovun 2, Maqnus Karlsenin isə 3,5 xalı var.


*** 18:29

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov "ShamkirChess 2019" superturnirində növbəti görüşünü başa vurub.

"Report" xəbər verir ki, 32 yaşlı qrossmeyster V turda Rusiya təmsilçisi Sergey Karyakinlə üz-üzə gəlib. Rəcəbov digər turlarda olduğu kimi, bu görüşünü də heç-heçə başa vurub - 0,5:0,5.

Hazırda Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov (Azərbaycan), David Navara (Çexiya) - Dinq Liren (Çin), Vişvanatan Anand (Hindistan) - Aniş Giri (Hollandiya) və Alekandr Qrişuk (Rusiya) - Veselin Topalov (Bolqarıstan) qarşılaşmaları davam edir.

Qeyd edək ki, 5 turdan sonra Teymur Rəcəbovun 2,5, Sergey Karyakinin isə 3 xalı var. 

Son xəbərlər

Orphus sistemi