Məmmədyarov çempion, Rəcəbov 6-cı oldu - YENİLƏNİB - 2

Məmmədyarov çempion, Rəcəbov 6-cı oldu - YENİLƏNİB - 2 Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic" turnirində son görüşünü keçirib.
Fərdi
814
14 İyun , 2021 21:30
Məmmədyarov çempion, Rəcəbov 6-cı oldu - YENİLƏNİB - 2
Şəhriyar Məmmədyarov

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirini 6-cı pillədə başa vurub.

"Report"un məlumatına görə, buna ABŞ təmsilçisi Fabiano Karuana və rumıniyalı Boqdan-Daniel Dyak arasındakı görüşün heç-heçə başa çatması səbəb olub.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran qrossmeysterlər Rəcəbova çatmaq şansını əldən veriblər.

16:44

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirinin qalibi olub.

"Report"un məlumatına görə, 36 yaşlı qrossmeyster son turda qara fiqurlarla fransalı Maksim Vaşye-Laqravla 39-cu gedişdə heç-heçə edib. Bununla da xallarının sayını 6-a çatdıran Məmmədyarov bütün rəqibləri üçün əlçatmaz olub.

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyanla "sülh"ə razılaşıb. Nəticədə Rəcəbov turniri 4,5 xalla başa vurub.

16:24

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Superbet Chess Classic" turnirində son görüşünü keçirib.

"Report"un məlumatına görə, 34 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Qara fiqurlarla oynayan Rəcəbov 14-cü gedişdə rəqibi ilə heç-heçə edib.

Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə hazırda fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlir. 5,5 xalla turnir cədvəlinə başçılıq edən 36 yaşlıl qrossmeysterə çempionluq üçün heç-heçə də kifayət edəcək.

Son xəbərlər

Orphus sistemi