Teymur Rəcəbov ABŞ-ın daha bir təmsilçisinə uduzub

Teymur Rəcəbov ABŞ-ın daha bir təmsilçisinə uduzub Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində VII tur matçını keçirib.
Fərdi
25 İyun , 2022 23:14
Teymur Rəcəbov ABŞ-ın daha bir təmsilçisinə uduzub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində VII tur matçını keçirib.

"Report"un məlumatına görə, 35 yaşlı qrossmeyster qara fiqurlarla ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb. Görüş 56-cı gedişdə Karuananın qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa), Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə heç-heçə edib, Hikaru Nakamuraya (ABŞ) isə uduzub. İlk dövrədən sonra Rəcəbov 5 heç-heçə ilə 2,5 xal yığa bilib.

Son xəbərlər

Orphus sistemi