​Teymur Məmmədov: "Qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm"

​Teymur Məmmədov: "Qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm" Boksçu ilk qələbəsini şərh edib
Fərdi
8 Avqust , 2016 11:39
​Teymur Məmmədov: Qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm

Bakı. 8 avqust. REPORT.AZ/ "Çox xoşbəxtəm ki, mübarizəyə uğurla başladım". "Report"un məlumatına görə, bunu Azərbaycanın Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Teymur Məmmədov deyib.

İlk döyüşündə ukraynalı Denis Solonenko üzərində qələbə qazanan bayraqdar ilk bunları bildirib: "Bayraqdar olmağım mənə çox böyük güc, inam verdi. Bu qələbəmi bütün Azərbaycan xalqına həsr edirəm. Məni dəstəklədiyi üçün hər kəsə minnətdaram".

Qeyd edək ki, 1/8 finalda Məmmədovun rəqibi Peter Mullenberq (Hollandiya) olacaq. Qarşılaşma avqustun 12-də saat 03:30-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi