Tokio-2020: Qadın güləşçilərimizdən 2-ci lisenziya - YENİLƏNİB

Tokio-2020: Qadın güləşçilərimizdən 2-ci lisenziya - YENİLƏNİB Bu gün Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində qadın güləşçilər mübarizəyə qoşulub
Fərdi
241
7 May , 2021 21:34
Tokio-2020: Qadın güləşçilərimizdən 2-ci lisenziya - YENİLƏNİB
Elis Manolova

Azərbaycanın qadın güləşçisi Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 68 kq-da yarışan idmançı finala gedən yolda Cəmilə Bakbergenova (Qazaxıstan) ilə qarşılaşıb.

Rəqibinə 5:3 hesabı ilə qalib gələn Manolova həm finala yüksəlib, həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Onun qızıl medal uğrunda rəqibi Mimi Xristova (Bolqarıstan) olacaq.

Qeyd edək ki, bunadək qadın güləşçilərdən yalnız Mariya Stadnik (50 kq) Tokio olimpiadasına vəsiqə qazanıb. Bu, Azərbaycanın Oyunlara ümumilikdə 23-cü lisenziyası olub.

15:44

Bu gün Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində qadın güləşçilər mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, Azərbaycanın 5 təmsilçisi güləşin bu növündə qüvvəsini sınayır.

Onlardan 4-ü ilk görüşlərində məğlub olub və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

Türkan Nəsirova (53 kq) 1/8 final mərhələsində Luisa Melendresə (Ekvador), Alyona Kolesnik (57 kq) Nuraida Anarkulovaya (Qırğızıstan), Tatyana Omelçenko (62 kq) Luiza Nimeşə (Almaniya), Gözəl Zutova (76 kq) isə təsnifatda Katalina Axnteyə (Rumıniya) məğlub olub.

Yalnız Elis Manolova (68 kq) ardıcıl olaraq Aqoro Papavasileu (Yunanıstan) və Luz Klara Vaskesə (Argentina) qalib gələrək yarımfinala adlayıb. O, finala gedən yolda Cəmilə Bakbergenova (Qazaxıstan) ilə görüşəcək.

Qeyd edək ki, ilk yarış günündə 3 sərbəst güləşçinin heç biri olimpiadaya vəsiqə qazana bilməyib. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə Bakı vaxı ilə saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi