Tennisçini qorilla ilə müqayisə etdiyinə görə şərhçi işdən uzaqlaşdırılıb

Tennisçini qorilla ilə müqayisə etdiyinə görə şərhçi işdən uzaqlaşdırılıb ESPN: ESPN3 telekanalının efirində Daq Adler fikrini diqqətlə ifadə etməli idi
Fərdi
21 Yanvar , 2017 17:09
Tennisçini qorilla ilə müqayisə etdiyinə görə şərhçi işdən uzaqlaşdırılıb

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ-ın ESPN telekanalı şərhçi Daq Adleri "Australia Open" turniri müddətinə işdən uzaqlaşdırıb.

"Report" "The Independent"ə istinadən xəbər verir ki, şərhçi yanvarın 19-da efirdə qadın tennisçi Vinus Uilyamsı qorilla ilə müqayisə etdiyinə görə belə cəzalandırılıb.

"ESPN3 telekanalının efirində Daq Adler fikrini diqqətlə ifadə etməli idi. O, üzr istədi və biz də onu turnirin qalan matçlarında şərhçilikdən uzaqlaşdırdıq", - kanalın bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi