"Technol"un sponsorluğu ilə Bakıda Şahmat Turniri keçiriləcək

"Technol"un sponsorluğu ilə Bakıda Şahmat Turniri keçiriləcək "Şirkət olaraq, hər zaman bu kimi tədbirlərə dəstək olmağa hazırıq”
Fərdi
22 Sentyabr , 2017 17:48
Technolun sponsorluğu ilə Bakıda Şahmat Turniri keçiriləcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 23-də Bakıda Beynəlxalq “Yay festivalı 2017” şahmat turniri start götürəcək. "Report"un məlumatına görə, 9 gün davam edəcək turnirdə ümumilikdə 200-ə yaxın şahmatçı mübarizə aparacaq.

Respublika Şahmat Mərkəzində 4 kateqoriya üzrə keçiriləcək yarışın mükafat fondu 3000 manatdır. Təşkilatçı "Ağ Top" şahmat klubu, baş sponsor "Technol" şirkətidir. "Technol"dan "Report"a bildirilib ki, bu kimi tədbirlərə sponsor olmaq yerli şirkət olaraq çox önəmlidir: “Ölkəmizdə bu kimi intellektual yarışların keçirilməsi hamı üçün sevindirici haldır. Şirkət olaraq, biz hər zaman bu kimi tədbirlərə dəstək olmağa hazırıq”. 

Son xəbərlər

Orphus sistemi