Yuxarı
    Bağlamaq

    Təbrizin “Traktorsazi” klubunun Türkiyə toplanışı ləğv edilib

    İran təmsilçisi Türkiyədə “Beşiktaş” komandası ilə yoxlama matçı keçirməli idi

    Bakı. 30 iyun. REPORT.AZ/ Təbrizin “Traktorsazi” klubunun ongünlük Türkiyə toplanışı ləğv edilib. 

    “Report”un "gazete2023.com" saytına istinadən verdiyi məlumata görə, Cənubi Azərbaycan təmsilçisi təlim-məşq toplanışını paytaxt Tehranda reallaşdıracaq.

    Təbriz komandasının Türkiyə toplanışının ləğv edilməsinin səbəbləri barədə məlumat verilməsə də, dəyişikliyin İran hökümətinin siyasi amillərlə əlaqədar təzyiqindən irəli gəldiyi bildirilir.

    Qeyd edək ki, “Traktorsazi” hazırlıq məqsədi ilə iyulun 3-də Türkiyəyə səfər etməli idi. Təbriz təmsilçisinin orada “Beşiktaş” da daxil olmaqla, 3 yerli komanda ilə yoxlama matçı planlaşdırılmışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi