TƏBİB rəsmisi: "İdman zallarını kafe və restoranlarla müqayisə etmək düzgün deyil"

TƏBİB rəsmisi: "İdman zallarını kafe və restoranlarla müqayisə etmək düzgün deyil" “İdman zalları qapalı məkanlarda yerləşir. Orada çoxlu insan aktiv idmanla məşğul olur. Bunu kafe və restoranlarla müqayisə etmək düzgün deyil. Aktiv idmanla məşğul olunan şəraitdə insanlarda tənəffüs də çox aktiv olur və tezləşir.
Fərdi
18 May , 2020 17:48
TƏBİB rəsmisi: İdman zallarını kafe və restoranlarla müqayisə etmək düzgün deyil

“İdman zalları qapalı məkanlarda yerləşir. Orada çoxlu insan aktiv idmanla məşğul olur. Bunu kafe və restoranlarla müqayisə etmək düzgün deyil. Aktiv idmanla məşğul olunan şəraitdə insanlarda tənəffüs də çox aktiv olur və tezləşir".

“Report” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Maskada idman etmək fiziki olaraq çox çətin olar. Hər bir açılan müəssisə üçün xüsusi sanitar qaydalar hazırlayırıq. Düşünürük ki, orada yoluxmalar artmasın. İdman zallarında vasitələrdən istifadə olunur, hansı ki, təmasla virusun yoluxmasına səbəb ola bilər. Qaydalar tam hazırlanandan sonra düşünmək olar" -  o vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi