"Tata Steel": Şəhriyar Məmmədyarov liderliyi əldən verib

"Tata Steel": Şəhriyar Məmmədyarov liderliyi əldən verib Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində VII tura yekun vurulub.
Fərdi
22 Yanvar , 2022 22:55
Tata Steel: Şəhriyar Məmmədyarov liderliyi əldən verib

Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində VII tura yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla Macarıstandan olan Rixard Rapportla üz-üzə gəlib. Görüş 29-cu gedişdə heç-heçə ilə yekunlaşıb.

Beləliklə, 7 turun yekununa əsasən, Məmmədyarov 4,5 xalla 2-ci pillədə qərarlaşıb. İlk pilləni isə xalını 5-ə çatdıran norveçli dünya çempionu Maqnus Karlsen ələ keçirib.

Son xəbərlər

Orphus sistemi