"Tata Steel": Məmmədyarov ABŞ şahmatçısı ilə heç-heçə edib

"Tata Steel": Məmmədyarov ABŞ şahmatçısı ilə heç-heçə edib Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.
Fərdi
26 Yanvar , 2022 21:13
Tata Steel: Məmmədyarov ABŞ şahmatçısı ilə heç-heçə edib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster X turda ABŞ-dan olan Sem Şenklendlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 29-cu gedişdə heç-heçəyə razılaşıb.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Məmmədyarov 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 7 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.

Son xəbərlər

Orphus sistemi