Dünya və Avropa çempionu YAP İdarə Heyətinə üzv seçildi

Dünya və Avropa çempionu YAP İdarə Heyətinə üzv seçildi İdarə Heyəti YAP-ın VII qurultayında formalaşıb
Fərdi
5 Mart , 2021 18:03
Dünya və Avropa çempionu YAP İdarə Heyətinə üzv seçildi
Rövşən Bayramov

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının böyük məşqçisi Rövşən Bayramov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə üzv seçilib.

"Report"un əldə etdiyi məlumata görə, 40 nəfərdən ibarət siyahıya ikiqat olimpiya mükafatçısı da daxil edilib.

İdarə Heyəti YAP-ın VII qurultayında formalaşıb.

Qeyd edək ki, Rövşən Bayramov 2007-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada, 2008-ci ildə Finlandiyanın Tampere şəhərində Avropa çempionu olub. Sabiq yunan-Roma güləşçisi 2011-ci ildə Türkiyənin İstanbul şəhərində dünya çempionu adını qazanıb. Bayramov 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi