Yuxarı
    Bağlamaq

    Taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub

    Elnur Amanov koreyalı mütəxəssisi əvəzləyib

    Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanın taekvondoçu qadınlardan ibarət yığma komandasına yeni baş məşqçi təyin olunub. 

    "Report"un məlumatına görə, bu vəzifə Elnur Amanova tapşırılıb.

    Qərar Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin sonuncu iclasında qəbul olunub.

    Qeyd edək ki, Elnur Amanov bu təyinatadək kişilərdən ibarət Azərbaycan yığmasında böyük məşqçi funksiyasını yerinə yetirib. O, yeni vəzifədə cənubi koreyalı Park Sun Mini əvəzləyib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi