​T.Rəcəbov və Ş.Məmmədyarov beynəlxalq yarışda üz-üzə gəlib

​T.Rəcəbov və Ş.Məmmədyarov beynəlxalq yarışda üz-üzə gəlib FİDE "Qran-Pri"sində 8-ci tur oynanılıb
Fərdi
24 Fevral , 2015 03:53
​T.Rəcəbov və Ş.Məmmədyarov beynəlxalq yarışda üz-üzə gəlib

Bakı. 24 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən şahmat üzrə “Qran-pri” seriyasının 3-cü mərhələsində 8-cı turun oyunları keçirilib.

"Report" xəbər verir ki, bu dəfə yarışda Azərbaycanı təmsil edən iki qrossmeyster - Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov üz-üzə gəlib.

Həmyerlilərimizin görüşü sülh ilə başa çatıb.

FİDE "Qran-pri"si

3-cü mərhələ, 8-cı tur

Dmitri Yakovenko (Rusiya) – Lenyer Dominqes (Kuba) – 0,5:0,5

Yevgeni Tomaşevski (Rusiya) – Maksim Vaşe-Laqrav (Fransa) – 1:0

Aniş Qiri (Hollandiya) — Aleksandr Qrişuk (Rusiya) — 0,5:0,5;

Rüstəm Qasımcanov (Özbəkistan) — Dmitri Andreykin (Rusiya) — 0,5:0,5;

Teymur Rəcəbov (Azərbaycan) — Şəhriyar Məmmədyarov (Azərbaycan) — 0,5:0,5;

Pyotr Svidler (Rusiya) — Baadur Cobava (Gürcüstan) — 0:1.

1. Tomaşevski – 6 xal. 2. Yakovenko – 5 . 3-4. Rəcəbov, Qasımcanov - 4,5 xal. 5-8. Qiri, Qrişuk, Andreykin, Məmmədyarov– hamısı 4 xal.

Son xəbərlər

Orphus sistemi