"Synergy Baku"nun üzvü: "Çalışacağam ki, lider köynəyini sonadək qoruyum"

"Synergy Baku"nun üzvü: "Çalışacağam ki, lider köynəyini sonadək qoruyum" "Məqsədimiz ümumi yarışda qalib gəlməkdir"
Fərdi
4 May , 2017 17:14
Synergy Bakunun üzvü: Çalışacağam ki, lider köynəyini sonadək qoruyum

Bakı. 4 may. REPORT.AZ/ "Hər şey çox gözəl idi. Sevinirəm ki, qalib gəldim". 

"Report"un məlumatına görə, bunu "Tour dAzerbaidjan"ın ikinci mərhələsinin qalibi olan "Synergy Baku" komandasının velosipedçisi Kirill Pozdnyakov mətbuat konfransında deyib.

Rusiyalı legioner son 20 kilometr məsafənin daha çətin və maraqlı keçdiyini bildirib: "Ümumiyyətlə, bu, çox vacib mərhələ idi. Ona görə də qalib gəlmək üçün əlimdən gələni etdim. Əvvəlcədən planlaşdırmışdım ki, qrupla birgə hərəkət edim və sona yaxın liderliyi ələ alım". 

K.Pozdnyakov bundan sonra da taktikalarının dəyişməyəcəyini açıqlayıb: "Məqsədimiz ümumi yarışda qalib gəlməkdir. Çalışacağam ki, lider köynəyini sonadək qoruyum. Ən çətin dağ mərhələsi hesab olunan 4-cü yarış günündə də özümü daha şanslı hesab edirəm". 

Qeyd edək ki, mayın 5-də yarışın 3-cü mərhələsi keçiriləcək. Bu dəfə iştirakçılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 177 km məsafə qət edəcəklər. “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi