​"Synergy Baku"nun təqdimat mərasimi keçirilib

​"Synergy Baku"nun təqdimat mərasimi keçirilib Tədbirdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov da iştirak edib
Fərdi
25 Fevral , 2015 11:02
​Synergy Bakunun təqdimat mərasimi keçirilib

Bakı. 25 fevral. REPORT.AZ/ Sloveniyanın paytaxtı Lyublyananın rəmzi sayılan şəhər qalasında Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku Cycling Project"in 2015-ci il heyətinin təqdimat mərasimi keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) "Report"a verilən məlumata görə, tədbirdə AVİF-in vitse-prezidenti Sahib Ələkbərov və baş katib Fərhad Əliyev, Azərbaycan Respublikasının Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, Sloveniya Milli Şurasının sədri Mitya Bervar, həmçinin Sloveniya Milli Olimpiya Komitəsi və idman nazirliyinin rəsmiləri iştirak ediblər.

Təqdimat mərasimi "Bakı-2015" I Avropa Oyunlarına həsr olunmuş videorolikin nümayişi ilə başlayıb. Ardınca söz AVİF-in vitse-prezidenti Sahib Ələkbərova verilib. Azərbaycanın dünya idmanında özünəməxsus yer tutduğunu deyən federasiya rəsmisi, Azərbaycanın "Bakı-2015" I Avropa Oyunlarına səylə hazırlaşdığını deyib və Sloveniya idman ictimaiyyətini bu yarışları maraqla seyr etməyə çağırıb. 

Sloveniya Milli Şurasının sədri Mitya Bervar ölkələrimiz arasındakı dostluq münasibətlərindən söhbət açaraq bu cür tədbirlərin münasibətləri daha da möhkəmləndirdiyini deyib. O, Azərbaycan xalqının qəhrəman oğlu, Sloveniyanın faşizm zülmündən azad olunmasında həyatını qurban verən Mehdi Hüseynzadənin xatirəsinin ölkəsində hər zaman əziz tutulduğunu xüsusi vurğulayıb.

Daha sonra “Synergy Baku”nun üzvləri səhnəyə dəvət olunublar. Geyimlərinin üzərində Bakı-2015 ilk Avropa Oyunlarının loqosu olan velosipedçilər “Synergy Baku”nun uğurlu çıxışı üçün onlara yaradılan yüksək şəraitə görə federasiya və klub rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, komanda üzvlərinin bu ilin yayında keçiriləcək ilk Avropa Oyunlarında uğurlu çıxışı və Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanması klubun əsas hədəflərindən biridir.

Son xəbərlər

Orphus sistemi