"Superbet Chess Classic": Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

"Superbet Chess Classic": Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.
Fərdi
132
12 May , 2022 20:48
Superbet Chess Classic: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın VII turunda FIDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 56-cı gedişdə rəqibinə qalib gəlib. Bu, Azərbaycan təmsilçisinin turnirdə ilk qələbəsi olub.

Məmmədyarov I turda Uesli Soya (ABŞ), V turda Fabiano Karuanaya (ABŞ) uduzub.

O, II, III, IV və VI turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayakla (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Son xəbərlər

Orphus sistemi