Yuxarı
    Bağlamaq

    Sumqayıtda Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq cüdo turniri keçirilir

    Yarış federasiya, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.

    Bakı. 2 dekabr. REPORT.AZ Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb. 

    Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarış federasiya, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir.

    Turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Siyəzən, Qəbələ, Şirvan, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik və Dərbənd şəhərlərinin yeniyetmə cüdoçuları mübarizə aparırlar. 38 komandadan 335 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi